Dekabr ayı bayram hazırlıqları və yeni ilin həyəcanı ilə dolu olsa da, astroloji baxımdan bəzi günlər diqqətli olmağı tələb edir. Planetlərin yer dəyişməsi, Ayın fazaları və bəzi gərgin aspektlər müəyyən tarixlərdə çətinliklər yarada bilər.
Bu dövrlərdə impulsiv qərarlardan çəkinmək, emosional balansı qorumaq və daha səbirli olmaq vacibdir.
Dekabrın hansı günlərində ehtiyatlı olmaq lazımdır? Musavat.com həmin tarixləri təqdim edir:
6 dekabr - Merkuri və Neptun kvadraturası
Bu tarixdə qarışıqlıq və yanlış anlaşılmalar mümkündür. Xüsusilə işgüzar yazışmalarda və şəxsi münasibətlərdə diqqətli olun. Əhəmiyyətli qərarları bu günə saxlamamağınız tövsiyə olunur.
13 dekabr - Mars və Uran qarşıdurması
Enerji yüksək olsa da, əsəbi və impulsiv davranışlara meyillilik yaranır. Bu gün texniki problemlər və qəfil hadisələrlə üzləşə bilərsiniz. Sakit qalmağa çalışın və riskli fəaliyyətlərdən uzaq durun.
21 dekabr - Günəş və Pluton aspekti