Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun şəxsi yoxlama apardığı qadının üzərində 40 min manatlıq qol saatı aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, Z.A. adlı qadın İstanbuldan təyyərə ilə gələrkən Bakıda hava limanında saxlanılıb. Onun saxlanmasına səbəb üzərindən bazar dəyəri 38950 manat olan "Rolex" markalı qol saatın aşkarlanması olub.
Baş İdarə rəisi Anar Cahangirov Z.A. adlı qadının iştirakı ilə sözügedən saat üzərində yoxlama aparıb. Məlum olub ki, qadının üzərində iki kişi qol saatı olub. Onlardan birinin - "Rolex Sky Dweller Oyster Perpetual Superlatvie Chronometr Officially Certified" markalı qol saatının qiyməti 38800 manat, digərinin - "Rolex Oyster Perpetual Datejust Superlatvie Chronometr Officially Certified" markalı qol saatının dəyəri isə 150 manatdır. İki saatın ümumi dəyəri 38950 manatdır.
Z.A. qiyməti 38800 manat olan qol saatını sol qolunda, eyni adda çin istehsalı olan saatı isə çantasında Bakıya gətirib. Hər iki saatı gömrükdə bəyan etməyib.