Bu gün bir neçə məlumat və status oxudum, doğrusu xeyli əsəbləşdim. Artıq xeyli insanın üslubu sərtləşib, hətta deyərdim ki, açıq-aşkar kobudlaşıb. Kobudcasına insanlara deyirlər ki, maska taxın, məsafə saxlayın, yoluxanların sayı sürətlə artır, guya buna da səbəb vətəndaşların hələ də inanmamağıdır, məsuliyyətsizliyidir. Bu nə demək, bu nə kobudluqdur millətə qarşı edirsiniz. Məsuliyyətsiz özünüzsünüz. Özünüzə də hələ ziyalı deyirsiniz. Görmürsünüz ki, bütün günahlar hökumətdədir? Niyə gəlib hər kəsə ayrı-ayrılıqda inandıra bilməyib ki, bu öldürücü virusdur? Bir koronavirusa görə bu qədər insanın, dolayı yolla da millətin qəlbinə dəymək olarmı? Qohum virusa yoluxub, nə etsin, neçə ilin xətir-hörmətini bir yana qoyub ailəliklə ora baş çəkməsin? Siz narahat olacaqsınız deyə, yaxınlarının yasında elliklə yığışıb ağlamasınlar? Belə edəcəksiniz, Avropada 5-6 namussuz “Youtube”a girib ünvanınıza söyüşlər yağdıracaq ki, millətin qəlbinə niyə toxunursunuz? Hələ bu polis də post qurub imkan vermir ki, bu virus şəhərdən rayonlarımıza yayılsın. Gedib təbiətin qoynunda bir qismət çörək yeyib qayıdacağıq, bir-iki də selfi çəkdirəcəyik, nə olsun ki, tıxac yaradırıq, imkan verin insan kimi istirahətimizi edək. Bir şeyi unutmayın: Virusa qalib gəlmək deyə tibbdə anlayış yoxdur. Ona görə də boş-boş söyləyirlər ki, biz iradəmizlə, həmrəyliyimizlə virusa qalib gələcəyik. Tam məsuliyyətimlə deyirəm, biz ənənəvi cahilliyimizlə virusu bezdirib mutasiyaya məcbur edəcəyik. Bu parkları, bulvarı açın, qoyun insanlar yığışıb kabablarını çəksinlər, qol-qola gəzsinlər, daha da mehriban olsunlar. Bir dəyərsiz virusa görə bir-birinizin qəlbinə toxunan sözlər söyləməyin, dünya fanidir onsuz da, bu gün ölmüş, on il sonra ölmüş, eyni torpağın altına gedəcəyiksə, bir-birinizin üzərinə niyə bu qədər düşürsünüz? İnanın mənə, millət olaraq bu günlərdə bir-birimizə daha çox baş çəksək, bir-birimizlə daha çox görüşüb dərdləşsək, kimsə başqasının paxıllığını çəkməyəcək. Hamı virusa yoluxandan sonra eyni xəstəliyin daşıyıcısı kimi bərabərləşmə baş verəcək, milli bütövləşməyə nail olacağıq və paxıllıq, həsəd dezinfeksiya olunub yoxa çıxacaq.
İndicə supermarketdə satıcıya səhv edib irad bildirdim ki, niyə maskasız kassada oturursunuz? Çox ürəyimə yatan bir cavab aldım: "bu mənim şəxsi məsələmdir!" Doğrudan da insanların şəxsi həyatına müdaxilə etmək olmaz. Virus Anayasandan ali qanun deyil. İlahi, sənin bizimlə işin olmasın, get sağlam yaşamaq istəyənlərlə məşğul ol. Sən də bizdən baş çıxara bilməyəcəksən.
Fazil Mustafa
Milli Məclisin deputatı
14 May 21:45
14 May 20:32
14 May 19:29
14 May 18:54
14 May 18:25
14 May 18:17
14 May 17:33
14 May 17:28
14 May 17:18
14 May 17:11
14 May 17:01
14 May 16:52
14 May 16:41
14 May 16:28
14 May 16:27
14 May 16:14
14 May 16:01
14 May 15:57
14 May 15:13
14 May 15:13
14 May 14:55
14 May 14:49
14 May 14:44
14 May 14:10
14 May 14:01
14 May 13:59
14 May 13:51
14 May 13:32
14 May 13:30
14 May 13:27
14 May 13:25
14 May 13:14
14 May 13:07
14 May 13:02
14 May 12:55
14 May 12:51
14 May 12:48
14 May 12:38
14 May 12:31
14 May 12:19
14 May 12:16
14 May 12:07
14 May 12:02
14 May 11:58
14 May 11:48
14 May 11:30
14 May 11:26
14 May 11:22
14 May 10:50
14 May 10:44
14 May 10:43
14 May 10:43
14 May 10:37
14 May 10:28
14 May 10:23
14 May 10:21
14 May 10:14
14 May 10:12
14 May 09:58
14 May 09:54
14 May 09:41
14 May 09:34
14 May 09:24
14 May 09:09
14 May 09:06
14 May 09:01
14 May 08:55
14 May 08:55
14 May 08:50
14 May 08:44
14 May 08:42
14 May 08:39
14 May 08:38
14 May 08:36
14 May 08:32
14 May 08:26
14 May 08:22
14 May 08:16
14 May 08:13
14 May 08:09
14 May 08:04
14 May 07:15
14 May 06:49
14 May 06:39
14 May 06:36
14 May 06:32
14 May 00:42
14 May 00:19
13 May 23:45
13 May 23:14
13 May 23:10
13 May 22:39
13 May 22:25
13 May 22:00
13 May 21:56
13 May 21:42
13 May 21:39
13 May 21:27
13 May 21:18
13 May 21:15
13 May 19:26
13 May 19:26
13 May 18:28
13 May 18:25
13 May 18:21
13 May 18:19
13 May 18:17
13 May 17:53
13 May 17:36
13 May 17:27
13 May 17:18
13 May 17:11
13 May 17:00
13 May 16:52
13 May 16:40
13 May 16:30
13 May 16:28
13 May 16:20
13 May 16:18
13 May 16:16
13 May 16:10
13 May 16:08
13 May 16:08
13 May 16:00
13 May 15:27
13 May 15:24
13 May 15:10
13 May 14:59
13 May 14:53
13 May 14:37
13 May 14:00
13 May 13:25
13 May 13:07
13 May 13:02
13 May 12:59
13 May 12:56
13 May 12:55
13 May 12:37
13 May 12:35
13 May 12:18
13 May 12:14
13 May 12:04
13 May 12:02
13 May 11:55
13 May 11:50
13 May 11:45
13 May 11:38
13 May 11:28
13 May 11:01
13 May 10:58
Ən son xəbərləri səhifəmizdən də izləyin