“Moon Kids” Uşaq Bağçasının dələduzluq ittihamı ilə həbs edilmiş təsisçisi Havvaxanım Rüstəmovanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. “Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
H.Rüstəmovanın əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.