Bakıda "Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik"də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb.
Pravda.az xəbər verir ki, Sadıq-zadə Mirzə Zeynal oğlu sözügedən tibb ocağında testdən keçib, onun nəticəsi neqativ çıxıb.
Lakin "Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik" İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaşın test cavabını pozitiv kimi təqdim edib.
S.Mirzə bildirib ki, ona yaxın olan şəxslərdən birinin Covid-19 testinin nəticəsi pozitiv çıxıb və bu səbəbdən narahat olduğu üçün özü də test etdirib:
"Testdən bir neçə gün öncə yüngül öskürək və 37,4-37,5 qızdırmam var idi. Təcili yardıma bildirsəydim, cavablar 3 günə çıxacaqdı və əgər məndə pozitiv idisə, kimisə yoluxdura bilərdim. Bu səbəbdən "Referans"a yollandım ki, əmin olum. Çox şükür ki, cavab neqativ çıxdı. Və artıq test verməyə gedəndə məndə heç bir narahatlıq yox idi - nə öskürək qalmışdı, nə də qızdırma".
Şikayətçi onu da bildirib ki, bundan öncə xüsusi karantin rejimi dövründə portalda iş üçün icazəsi olub:
"Bu gün baxdım ki, silinib. Yeni icazə götürmək istədiksə isə bildirildi ki, Covid-19-a yoluxmuş şəxs 21 gün sonra götürə bilər. Laboratoriya mərkəzinin hansısa işini düzgün görməyən əməkdaşı mənim barəmdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yanlış məlumat verərək, nəticəmin pozitiv çıxdığını bildirib. Bu səbəbdən, dünəndən telefonuma gələn zənglər və mənim hər birinə göndərdiyim testin nəticələrinə inansalar da, adını qeyd etdiyim Poliklinika öz səhvini düzəltmədi. Və mənim portalda olan iş icazəm ləğv olunmuş, adıçəkilən virusa "yoluxmağım" səbəbi ilə yeni icazə götürməyim mümkünsüzləşmişdi. Dünən "Referans"la əlaqə saxladım. Bildirdim ki, sizin məsuliyyətsizliyinizdir. Düzəldin səhvinizi. Dedilər ki, narahat olmayın. Sizdə cavab neqativdir. Kim dəqiqləşdirmək istəsə , bizim əlaqə nömrəmizi verin. Ancaq TƏBİB-ə verdikləri yanlış məlumatı düzəltmədilər. Bir saat öncə də TƏBİB-ə məlumat vermişəm. Dedilər ki, sizə məlumat veriləcək".
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, vətəndaş müraciət edibsə, araşdırılacaq.
Xatırladaq ki, S.Mirzə Covid-19 testi üçün klinikaya 100 manat ödəniş edib.Qafqazinfo
15 May 23:41
15 May 23:38
15 May 23:15
15 May 23:03
15 May 23:01
15 May 22:31
15 May 22:14
15 May 22:04
15 May 22:01
15 May 20:28
15 May 20:27
15 May 20:20
15 May 20:08
15 May 18:59
15 May 18:56
15 May 18:28
15 May 18:25
15 May 18:15
15 May 18:10
15 May 18:09
15 May 18:04
15 May 17:57
15 May 17:50
15 May 17:34
15 May 17:29
15 May 17:10
15 May 16:50
15 May 16:43
15 May 16:41
15 May 16:37
15 May 16:31
15 May 16:27
15 May 16:14
15 May 16:14
15 May 16:10
15 May 16:05
15 May 16:01
15 May 15:59
15 May 15:50
15 May 15:46
15 May 15:45
15 May 15:42
15 May 15:41
15 May 15:40
15 May 15:39
15 May 15:37
15 May 15:18
15 May 15:14
15 May 15:12
15 May 15:05
15 May 15:04
15 May 15:02
15 May 15:01
15 May 14:56
15 May 14:48
15 May 14:35
15 May 14:30
15 May 14:17
15 May 14:08
15 May 14:07
15 May 14:02
15 May 13:47
15 May 13:23
15 May 13:21
15 May 13:14
15 May 13:12
15 May 12:57
15 May 12:42
15 May 12:31
15 May 12:29
15 May 12:10
15 May 12:07
15 May 11:52
15 May 11:43
15 May 11:42
15 May 11:29
15 May 11:25
15 May 11:24
15 May 11:22
15 May 11:17
15 May 11:16
15 May 11:11
15 May 10:30
15 May 10:27
15 May 10:19
15 May 09:34
15 May 09:22
15 May 09:01
15 May 08:54
15 May 08:51
15 May 08:49
15 May 08:42
15 May 08:41
15 May 08:31
15 May 08:21
15 May 08:18
15 May 08:15
15 May 08:12
15 May 08:04
15 May 03:20
15 May 00:17
15 May 00:16
15 May 00:13
15 May 00:12
14 May 23:46
14 May 22:35
14 May 22:11
14 May 21:48
14 May 21:35
14 May 21:28
14 May 19:29
14 May 18:49
14 May 18:08
14 May 18:05
14 May 18:05
14 May 17:50
14 May 17:49
14 May 17:47
14 May 17:42
14 May 17:37
14 May 17:28
14 May 17:25
14 May 17:05
14 May 17:03
14 May 16:57
14 May 16:47
14 May 16:34
14 May 16:34
14 May 16:31
14 May 16:30
14 May 16:24
14 May 16:02
14 May 16:02
14 May 15:53
14 May 15:48
14 May 15:40
14 May 15:35
14 May 15:14
14 May 15:13
14 May 14:56
14 May 14:36
14 May 14:36
14 May 14:30
14 May 14:28
14 May 14:27
14 May 14:20
14 May 14:04
14 May 14:01
14 May 13:26
14 May 13:19
Ən son xəbərləri səhifəmizdən də izləyin