Narkotik vasitələri hazırlama, saxlama, daşıma ittihamı ilə saxlanılan Famil Xəlilovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Famil Xəlilov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.