Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilib

730
Paylaş:
Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilib

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.

O bildirib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub. Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib"

Paylaş:

Ən son xəbərlər