Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xırdalanda binada yanğın olub, 23 nəfər təxliyə edilib

1 028
Paylaş:
Xırdalanda binada yanğın olub, 23 nəfər təxliyə edilib

Xırdalanda binada yanğın olub, 23 nəfər təxliyə edilib.


Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


"Təhlükəsizlik tədbirləri çərçivəsində 23 nəfər bina sakini təxliyə olunub.


Yanğın nəticəsində 2 ədəd elektrik lövhəsi və şaxtadan keçən elektrik naqilləri 6p.m. yanıb.


Mənzillər və şaxtadan keçən elektrik naqillərinin böyük hissəsi yanğından mühafizə olunub.


Xəsarət alan yoxdur", - məlumatda vurğulanıb.

Paylaş:

Ən son xəbərlər