Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qızıl-zinət əşyalarının və diş implantı hissələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Pravda.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.