İyunun 10-da 2000-ci il təvəllüdlü Elmir Habil oğlu Abışovun bıçaqlanaraq öldürülməsinin təfərrüatı məlum olub. Pravda.az-a Publika.az-a istinadən xəbər verir ki, hadisə Yevlaxdakı "Aytən" şadlıq sarayında qonaqların gözü qarşısında baş verib.
2004-cü il təvəllüdlü Tahir Ceyhun oğlu Abdullayev toyda oynayan E.Abışova qəfil yaxınlaşaraq bıçaqla ona zərbə endirib. Ağır xəsarət alan Elmir vəfat edib.
Araşdırmalar zamanı məlum olub ki, hadisənin baş verdiyi gün Tahirin əmisi oğlunun toyu olub. Toyda onların qonşusu Elmir də iştirak edib. Tahir əvvəllər Elmirin bacısı ilə sevgi münasibətinin olmasından şübhələnib və sərxoş halda bıçaqla ona hücum edib. O, Elmirin diqqətinin toyda oynayan şəxslərə yönəlməsindən istifadə edərək qəfil yaxınlaşaraq zərbə endirib.