BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Mənə koronovirusa yoluxmağı arzu edənlər Allahın qəzəbinə düçar olacaqlar”

"Bu gün mən də koronovirusa görə tibbi yoxlamadan keçdim, nəticəsi hələ bəlli deyil. Yəqin ki, nəticəsi barədə sabah bizə məlumat veriləcək".

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

 

Deputat deyib ki, onunla bərabər digər millət vəkilləri də Milli Məclisdən tibbi yoxlamadan keçiblər: "İnşallah hər şey yaxşı olacaq. Nə qədər deyilənlərə çox əməl edilsə, bu xəstəlik də bir o qədər tez bitəcək"

 

E.Nəsirov sosial şəbəkələrdə ona koronovirusa yoluxmağı arzu edənlərə də cavab verib: "Bunu arzu edənlər və yazanlar gec-tez Allahın qəzəbinə düçar olacaqlar. Həmin insan onsuz da bədbəxt günə düşüblər ki, bu cür mənasız fikirlər səsləndirirlər".Demokrat.az

Tarix: 21 İyun 2020, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin