Liftlərin təmiri və quraşdırılması üçün ayrılmış iki milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilən "Bakılift-2" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə qərar verilib.
Pravda.az "Report"a istinadən xəbər verir ki, Ali Məhkəmədə Bakı Apellyasiya Məhkəməsinin onun barəsində olan qərarından verilən şikayətə baxılıb. Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, onun barəsində 2019-cu ildə cinayət işi başlanıb. İttihama görə, Ruslan Dilanov dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatını mənimsəyib.