Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Pravda.az-a verilən məlumata görə, adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq özgənin etibarından sui istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.