Dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşayış binasında partlayış baş verməsi səbəbi ilə xəsarət alan 1977-ci il və 2007-ci il təvəllüdlü şəxslər dekabrın 4-də, saat 20:00 radələrində Bakıda fəaliyyət göstərən özəl tibb müəssisəsindən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına təxliyə olunublar.
Bu barədə Sumqayıt Tibb Mərkəzinin nümayəndəsi Ramil Zeynallı məlumat verib.
Bildirilib ki, tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, xəstələrin vəziyyətləri ağır olaraq qalır.