“Meydan" TV-nin qaçaqmalçılıqda ittiham olunan əməkdaşları Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı və Aysel Umudovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.
tqdimata bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılıb.
Məhkəmə vəsatəti təmin edib.
Qərara əsasən, jurnalist Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.