Dekabrın 9-da saat 8:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-də çatıb. Bu da aylıq normanın 81%-ni təşkil edib.
Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 9-da günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.