Xırdalan şəhərinin Həsən Əliyev küçəsinə yağış və kanalizasiya suları dolub. Bu barədə sosial şəbəkələrdə görüntülər yayıb.
Bildirilib ki, iki gün davam edən yağıntılı hava səbəbindən Bakı Mühəndislik Universitetinə gedən yol (120 dairəsi deyilən ərazi) su ilə dolub. Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, piyadaların buradan keçməsi isə ümumiyyətlə qeyri-mümkün olub.