Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır

758
Paylaş:
Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır

Səhiyyə Nazirliyi plastik cərrahların rüşvət qarşılığında ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Səhiyyə Nazirliyindən deyilib ki, məsələ ilə bağlı Nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.

“Sonda istintaq orqanı aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - Nazirlikdən bildirilib

Qeyd edək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsində Səhiyyə Nazirliyinin bir neçə vəzifəli şəxsinin adı hallanır.

APA

Paylaş:

Ən son xəbərlər