Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzulidə qəzaya düşüblər. Pravda.az "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini, 1995-ci il təvəllüdlü Samir Salman oğlu Qəhrəmanov BMW markalı avtomobilin idarəetməsini itirib və maşın yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov, avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ramiz İlqar oğlu Bəylərzadə və Qayıdış 2 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Mustafa Yusif oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.