Rəqqasə Rəna Ağamuradova (Renka) onun adından istifadə edilərək "WhatsApp"da dələduzluq edildiyini bildirib.
Bu barədə rəqqasə "İnstagram" hesabında məlumat yayıb.
O bildirib ki, naməlum şəxs onun adından və fotosundan istifadə edərək tanışlarından ona pul göndərməsini istəyir.


