BURADA REKLAMINIZ OLA
BİLƏR

Eynulla Fətullayev: “Əli Kərimli siyasətçidir, natiqlik məharəti var, fikir formalaşdırır”

“Əli Kərimlinin müsahibələrini dinləyirəm, İlqar Məmmədovun çıxaşlarını dinləmirəm. Çünki İlqar Məmmədovun ictimai fikrin formalaşmasında rolu sıfıra bərabərdi. Əli Kərimli siyasətçidir, natiqlik məharəti var, fikirlə oynayır, fikir formalaşdırır, İlqar Məmmədov isə maraqsızdır, fikirlərini ifadə etməkdə çətinlik çəkir, siyasi təfəkkürü yoxdur, əvvəlki roluna - uğursuz bloggerçiliyə dönüb. Özü də maraqsız bloggerdi. Tam səmimi fikrimdir...”.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev deyib.

 

E.Fətullayev qeyd edib ki, İsa Qəmbər isə, ümumiyyətlə,  tarixə çevrilib: “Daha doğrusu tarixi boşluğa. Müsavat isə bu tarixin kölgəsində unudulub, ya da boşluqda batıb. Tofiq Yaqublu qladiatordu, amma savadsızdır. Etirazın önündə ola bilər, lakin tribunada yeri yoxdur. Müxalifətdə siyasi fiqur qaldımı? Xeyr! Bir insanın əski mətbəxinə sığınan ictimai etiraz. Qəribədir...”

Tarix: 22 İyun 2020, 00:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin