Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Novruzə Adilova vəfat etdi - FOTO

1 280
Paylaş:
Novruzə Adilova vəfat etdi -       FOTO

Bakı Dövlət Universitetinin dosenti vəfat edib.


Pravda.az xəbər verir ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Novruzə Adilova vəfat edib.


N.Adilova 1959-cu il martın 20-də Ağdaş rayonunda anadan olub. O, Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib, 1988-1991-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb.


2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan N.Adilova 2017-ci ildən BDU-nun Dünya iqtisadiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərib. O, sahibkarlıq fəaliyyəti, kiçik və orta müəssisələrin stimullaşdırıcı amilləri sahəsində tədqiqatlar aparıb, “Beynəlxalq valyuta-kredit münasibətləri”, “Beynəlxalq investisiyalar” və “Azərbaycanın xarici iqtisadi əlaqələri” fənlərini tədris edib.


Allah rəhmət eləsin! 

Paylaş:

Ən son xəbərlər