"Artıq köhnə kişilər yoxdur. Mən də özümü o siyahıda görmürəm. Onlar başqa duruşun, əqidənin, düşüncənin sahibi idilər. Qazaxın ucqar kəndində çobanlıq edənin də, Elmlər Akademiyasında çalışanın da köhnəliyi üst-üstə düşə bilirdi. İndi köhnə düşüncəli kişilər var. Mən də bəzi məqamlarda köhnə, bəzilərində yenifikirli oluram".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Qapqara" yutub layihəsində danışıb. Müğənni müasir görünüşlü olsa da, köhnəfikirli olduğunu bildirib:
"Bir dostum var, rus məktəbini bitirib, şəhər uşağıdır. Deyir, iki üç dost oturmuşduq. Danışdıq ki, gedirik plyaja. Dedim, mən getmirəm, istəmirəm. Dedilər, niyə? Cavab verdim ki, istəmirəm arvadım sənin qarşında soyunsun. Mən də belə müasir görünüşlü köhnə kişilərdənəm".