Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatları və Aparat işçiləri koronavirus testindən keçiblər.
Pravda.az-ın xəbərinə görə, deputatlardan bir neçəsinin analiz nəticələri pozitiv çıxıb. Nəticələri pozitiv çıxan deputatlar bu barədə məlumatlandırılıb. Hələ ki, onların kim olması barədə ictimaiyyətə açıqlama verilmir.