Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirildiyi günlərdə Azərbaycandan olan şagird və tələbələr BMT-nin digər platformasında - "Change the World Model United Nations" (CWMUN) konfransında ölkəmizi uğurla təmsil ediblər.
Pravda.az xəbər verir ki, 2024-cü il noyabrın 21-23-də Parisdə UNESCO-nun qərargahında 40-dan artıq ölkədən 500-dən çox iştirakçının qatıdığı tədbirdə "Change the World" layihəsinin Azərbaycan üzrə təmsilçisi olan Shane Academy-nin təşkilatçılığı ilə ölkəmizdən 30 nəfər gənc beynəlxalq əməkdaşlıq, təhsil, elm, mədəniyyət və kommunikasiya kimi mövzuları əhatə edən qlobal problemlərin müzakirəsində iştirak edib.
"Change the World Model United Nations" təşkilatçıları ilk dəfə olaraq Azərbaycan təmsilçilərindən Nəzrin Hüseynli, Ayşe Nesli Gülençi ən yaxşı nümayəndə (Best delagation), Camal Əfəndi, Ayan Vəlizadə, Lalə Musayeva, Sabir Nərimanov, Aydan Cəbrayılova, Ruhəngiz Əsgərova isə fəxri iştirakçılar (Honorable Mention) kimi qiymətləndiriblər.