Dekabrın 8-də Moskvada daha bir azərbaycanlı kriminal, Rufo Gənciskinin adamı kimi tanınan Xaba Masallınski döyülüb. Pravda.az Diaspora.TV-yə istinadən məlumatına görə, Xaba Masallınskini Türkiyədə yaşayan “qanuni oğru” Namiq Səlifovun adamları döyüblər.
Səbəb isə bir neçə gün əvvəl Moskva ətrafındakı kafelərin birində Namiq Səlifovun yaxın adamı Arif Zabratı (Babayev) ölümcül döyənlərdən birinin də elə məhz Xaba Masallinskinin olması göstərilir.