“Azərsun Holdinq”in rəhbər heyəti Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, məzarı önünə əkil və gül dəstələri qoyublar.
“Azərsun Holdinq"in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTOLAR
Pravda.az xəbər verir ki, ziyarət zamanı həmçinin, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və dövlət xadimi Əziz Əliyevin xatirəsi ehtiramla yad olunub, onların məzarı önünə tər çiçəklər düzülüb.
Qeyd edək ki, 33-cü ildir Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” Heydər Əliyev irsinin yaşadılması istiqamətində müxtəlif layihələrin icrasında yaxından iştirak edir.