BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərtləşdirilmiş karantin sentyabra qədər uzanacaq?

“Həm rayonda, həm də Bakıda şəxsi mənzili olanları paytxatdan buraxmamaq yanlış qərardır. Bəlkə sərtləşdirilmiş karantin sentyabra qədər uzanacaq?”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.

 

“Ölkənin coğrafi baxımdan təxmnən 5%-ni təşkil edən Abşeron yarımadası əhalinin az qala 40%-ni ev sahibliyi edir. İmkan vermək lazımdır bir az boşalsın. Xüsusən tələbə-şagird övladları olan insanların imtahanlar bitdikdən sonra ən azı 2 aylıq tətili əyalətlərində keçirmələrinə şərait yaratmaq lazımdır. Hətta lazımdırsa, bunun üçün də elektron qeydiyyat sistemi qurulsun, Bakını tərk edən insanlar elektron icazə aldığı gündən ən azı 30 gün müddətində geri qayıtmayacağına razı olmaq şərtilə elektron portalda qeydiyyata düşübsə, niyə Bakıdan buraxılmasınlar?” – R.Ağayev qeyd edib.

Tarix: 22 İyun 2020, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin