Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Saleh Məmmədov vəfat etdi

2 468
Paylaş:
Saleh Məmmədov vəfat etdi

“Bakı Metropoliteni” QSC-nin əməkdaşı dünyasını dəyişib.

QSC-dən verilən məlumata görə, səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib.

Paylaş:

Ən son xəbərlər