BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir onu vəzifəsindən azad etdi

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru Nazim Cəfərovun işdən azad edilməsi barədə yayılan məlumat doğrudur. Həmin vəzifəyə Gəncə şəhər Kəpəz rayon Məşğulluq Mərkəzinin direktor müavini Rəfat Məmmədov təyin edilib".

 

Bunu Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

 

Onun sözlərinə görə, ümumiyyətlə, Nazirliyin fəaliyyət sahələrində aparılan köklü islahatlar bu sahələrdə idarəetmə və əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın təminatına, inzibatçılığın təkmilləşdirilməsinə, sosial proqramların uğurlu icrasına, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin səmərəli təşkilinə xidmət edir.

 

Öz fəaliyyətini bu islahatlara uyğun qura bilməyənlər, tapşırılan vəzifəni tələb olunan səviyyədə yerinə yetirməyənlər, xüsusilə vətəndaşlara xidmət sahəsində ciddi nöqsanlara yol verənlər yeni kadrlarla əvəz edilirlər.APA

Tarix: 22 İyun 2020, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin