Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən "Avrasiya Hospital"da bədbəxt hadisə baş verib. Pravda.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub.
"Avrasiya Hospital"da lift qırıldı, xəsarət alan var
Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb. Ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.