Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İstanbulun Sabiha Gökçen Hava Limanında problemlə üzləşib.
Bu barədə türkiyəli FİDE ustası Selim Gürcan “Satranc Okulu” kanalında məlumat verib.
O bildirib ki, bir neçə gün öncə Ş.Məmmədyarov Londonda iştirak etdiyi turnirdən geri dönərkən Sabiha Gökçen Hava Limanında gömrük işçiləri onu şübhəli bilərək saxlayıb və qaçaqmalçılıqda ittiham ediblər.