Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Separadi kənd nümayəndəsinin rəhbəri Ağahüseyn Hüseynovun şəxsi avtomobili yararsız hala salınıb. Pravda.az Qaynarinfo-ya istinadən məlumat verir ki, hadisə onun qohumu tərəfindən törədilib.
Belə ki, Ağahüseyn Hüseynov qəbuluna gələn 1957-ci il təvəllüdlü qohumu Hüseyn Tağıyev ilə mübahisə edib. Mübahisəyə səbəb təqsirləndirilən şəxsin DOST Mərkəzində işləyən Əli (şərti ad) adlı oğluna görə olub.
Hüseyn Tağıyevin DOST-da işləyən oğlu işdən çıxarılıb. O, oğlunun işdən çıxarılmasını Separadi kənd nümayəndəsinin rəhbəri vəzifəsində işləyən bibisi nəvəsinin təşkil etdiyini güman edib.
Hüseyn Tağıyev və oğlu Əli Ağahüseyn Hüseynovla mübahisə etikdən sonra binanı tərk edərək həyətə düşüblər. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ2108 markalı avtomobil ilə zərərçəkmiş şəxsin "Hyundai Santa Fe" markalı maşınına zərbə vurub.
