Ev, paltar, maşın, hətta qızıl kirayəsi...
Xəzər TV bildirir ki, artıq həm sosial şəbəkələrdə, həm də mağazalarda qızıl məmulatlarının kirayə verilməsi ilə bağlı elanlar yer alır.
Qızıl-zinət əşyalarının kirayəsi ilə məşğul olan Hüseyn Oktay bildirir ki, bu iş xeyli risklidir. Bu səbəbdən də kirayə verilən məmulatlar sənəd əsasında təqdim olunur.