“Xaçmaz-Şərab” ASC ilə bağlı məhkəməyə müraciət edilib. Tribunainfo.az xəbər verir ki, “Xaçmaz-Şərab”la bağlı iddianı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qaldırıb. İşin mahiyyəti müqavilələrin bağlanmasıdır.
Nazirlik “Xaçmaz-Şərab” ASC-ni məhkəməyə verdi
ASC ilə bağlı iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilib. Gələn ilin 21 yanvar tarixində hakim İslam Əliyevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Xaçmaz-Şərab” ASC-nin sədri Əbülfət Məmmədovdur.