İlin əvvəlindən ölkə əhalisinin sayı 37 766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10 218 536 nəfərə çatıb.
Azərbaycan əhalisinin sayı açıqlanıb
Bu barədə Pravda.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.