33 yaşlı qadın küçədə başına daş parçası vurularaq qətlə yetirilib.
Xəzər TV bildirir ki, ağır cinayət paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Maştağa-Zabrat şossesinin kənarında Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal istintaq qrupu hadisə yerinə gələrək meyitə baxış keçiriblər.