Ötən gün mətbuatda Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evinin baş həkimi işləmiş və körpələr evindən ərzaq oğurluğu ilə bağlı ittiham olunan Nəhayət Əliyevanın Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalında işə başlaması ilə bağlı məlumat yayılıb.
Məlumatda Nəhayət Əliyevanın bacısı Yeganə Əliyevanın DSX Hərbi Hospitalının Ginekologiya Şöbəsinin rəisi olması vurğulanıb.