Polis Nərimanov, Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri müəyyən edərək saxlayıb. Pravda.az manset.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində “Toyota” və “Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn, əkiz qardaşı Y.Hüseyn, 20 yaşlı Ş.Kərimli, 19 yaşlı R.Ağayev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Onlar oğurladıqları dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.