Bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasının baş həkimi Araz Ağayev iddialara cavab verib. O, Oxu.Az-a açıqlamasında bu fikirləri səsləndirib:
"2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb. Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib.
Sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir".
Baş həkim qeyd edib ki, "Mərcan Medicare" klinikasının İqtisadiyyat Nazirliyinin 23 noyabr 2021 tarixli in/l-470/2021 nömrəli qeydiyyat nömrəsi ilə verilmiş lisenziyasına əsasən "plastik cərrahiyyə" fəaliyyəti ilə məşğul olmağa icazəsi var: