Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə həm Fransa, həm də Türkiyə vətəndaşlığı olan, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Bülənt Yılmaz Kamal oğlu barəsində həbs qətimkan tədbiri dəyişib. "Unikal"ın məlumatına görə, Bülənt Yılmaz barədə "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
Fransada həbs edilən Türkiyə vətəndaşı Azərbaycanda azadlığa buraxıldı
Xatırladaq ki, Bülənt Yılmaz Azərbaycan tərəfdən İnterpola axtarışa verilib və Fransada tutularaq Bakıya ekstradisiya edilib. O, Fransada vergidən yayınmada ittiham olunur.