Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

İstirahət gününün havası

1 009
Paylaş:
İstirahət gününün havası

Dekabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Paylaş:

Ən son xəbərlər