Məlum məsələdir ki, bir çox ölkələrdə, xüsusən də, Yaponiyada avtomobillərin sükanı sağ tərəfdə olur. Ölkəmizə belə maşınların gətirilməsi qadağan olduğundan elə oradaca sükanı sağdan sola keçirilir. Bu da bir sıra problemlərə gətirib çıxarır. Milli.Az xəbər verir ki, hazırda yaponiyadan ölkəmizə gətirilən Nissan Note, Micra, Tiida, Toyota Aqua və Fielder kimi maşınların hamısının sükanı sağdan sola keçirilib. Bu modelləri almağı düşünürsünüzsə rəsmi dilerin satdığı modellərə üstünlük verməyiniz məsləhət görülür.
Niyə "perekitka" maşın almağa dəyməz?
Sükanı sağdan sola keçirilmiş avtomobilləri almaq təhlükəlidir. Belə avtomobilləri almaq tövsiyyə olunmur. Bu kimi avtomobillərə hətta bəzi ölkələrdə sığorta ödəniş etmir.
Sükan sisteminin dəyişdirilməsi zamanı standartlara uyğun olmayan hissələrdən istifadə edilə bilər, bu isə qəza zamanı ciddi təhlükələr yaradır.
"Perekitka" zamanı hava yastığı modulları (airbag) düzgün yerləşdirilməyə və ya tamamilə işdən çıxmağa məruz qala bilər.