Ürək xəstəlikləri dünya üzrə ən çox rast gəlinən ölüm səbəbləri sırasındadır. Kardioloqlar bu xəstəliklərin əsas səbəblərindən birinin yanlış qidalanma olduğunu bildirirlər və bəzi qidaların tezliklə həyatımızdan çıxarılmasının vacibliyini vurğulayırlar. Milli.Az xəbər verir ki, ürək-damar sağlamlığını qorumaq üçün əsasən təbii, az işlənmiş qidalara üstünlük vermək tövsiyə edilir.
Kardioloq Prof. Dr. Alan Rozanski ürək sağlamlığı üçün zərərli ola biləcək qidalar siyahısını paylaşaraq, xüsusilə şəkərli, rafinə edilmiş karbohidratlar və yüksək dərəcədə işlənmiş ətlərdən uzaq durmağı məsləhət görüb. O qeyd edib ki, bu məhsullar yüksək miqdarda natrium, nitrat, nitrit və digər əlavə maddələr ehtiva edir. Aparılan tədqiqatlar göstərir ki, belə qidalar ürək xəstəlikləri və bəzi xərçəng növləri üçün risk yaradır.