"Yalçının təzyiqi düşüb. Həkimlər nə qədər çalışsalar da, onun təzyiqini qaldıra bilməyiblər". Bunu Qaynarinfo-ya açıqlamasında Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun həyat yoldaşı Səbinə Səlimova deyib.
O bildirib ki, həyat yoldaşı həm də dializ xətəsi imiş:
"Dializ olunanda təzyiqi enib. Baxıblar ki, vəziyyəti pisdir, reanimasiyaya yerləşdiriblər. 3 gündür orda idi. Yanına da buraxmadılar. Gecə saat 4:00-da xəbər etdilər ki, Yalçın dünyasını dəyişib. Onun ciyərləri dəyişəndən sonra yaxşı idi, amma ötən il qəfildən sarılıq keçirdi. Onda həkimlər stend qoydu. Stendən sonra böyrəkləri iflas etdi".