Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ictimai yerlərdə deyil, evlərdə də həvəslə bəzədilir.
Hər il olduğu kimi, bu il də müxtəlif mağaza və onlayn satış platformalarında müxtəlif ölçülərdə və fərqli qiymətlərdə yolkalara və bəzək aksesuarlarına gəlmək mümkündür. Bəs qiymətlər necədir?
Stolüstü suvenir yolkalar 3 manatdan 9 manata, digərləri isə hündürlüyünə görə 35 manatdan 150 manat və daha baha qiymətlərə təklif olunur.
Satıcılar deyirlər ki, ötən illə müqayisədə bəzi yolkaların qiymətində 25-30 faiz artım var.