Xəbər verdiyimiz kimi, ötən gün Bakı Metropoliteni QSC-nin rəhbəri Zaur Hüseynov vəzifədən azad edilib.
Pravda.az Axar.az-a istinadən xəbər verir ki, 2014-cü ildən metropolitenə rəhbərlik edən Zaur Hüseynovun vəzifədən azad edilməsinin səbəbləri sırasında metroda işin düzgün təşkil edilməməsi, qatarlar arasında intervalın artması, metroda ciddi sıxlığın yaranması və s. göstərilir.