BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhdudiyyətlər koronavirusla əlaqədar daha da sərtləşdirilir

Özbəkistan hökuməti epidemiyanın geniş yayılması səbəbi ilə paytaxt Daşkəndin rayonlarında karantin tədbirlərini sərtləşdirmək qərarına gəlib. 

Pravda.az-ın xəbərinə görə, bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, paytaxtın 513 məhəlləsinin 71-i mövcud vəziyyətlə əlaqədar “qırmızı zona”ya daxil edilib.

Məhəllələrin giriş və çıxışlarında gecə-gündüz olmaqla nəzarət məntəqələrinin qurulacağı bildirilib. 

Son məlumatlara görə, ölkədə yoluxma hallarının sayı 6358-ə çatıb, 19 nəfər ölüb, 4377 nəfər sağalıb.

Respublikada karantin rejimi avqustun 1-dək uzadılıb.

Qeyd edək ki, Özbəkistanda ilk COVID-19 hadisəsi martın 15-də aşkar edilib.APA

Tarix: 23 İyun 2020, 00:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin