“Wolt” tətbiqindən istifadə edirəm. Son zamanlar tətbiqi istifadə etmədən və sifariş vermədən kartımdan icazəsiz ödənişlər çıxdığını müşahidə edirəm. Bu hal artıq ikinci dəfədir baş verir. Tribunainfo.az xəbər verir ki, bu problemlə üzləşən şikayətçi Zaur Rəhimov bildirib. O qeyd edib ki, kartından çıxılan ödənişlərlə bağlı “Wolt” şirkətindən ona heç bi məlumat verilmir:
“19.12.2024 saat 22:01 tarixində, heç bir sifariş vermədən və tətbiq üzərindən heç bir əməliyyat etmədən, hesabımdan 5.49 azn məbləğində ödəniş çıxıldı. Bu barədə tətbiqdə heç bir məlumat və ya bildiriş almadım və bunun səbəbini başa düşmürəm.