BURADA REKLAMINIZ OLA
BİLƏR

Professor karantin rejiminin yumşaldılmasına qarşı çıxdı

“Məncə, daha optimal addım atmaq olardı. Belə qərarlar arzuolunan nəticə verməz”.

 

Bu sözləri karantin rejiminin və xüsusi karantin rejiminin uzadılması ilə bağlı danışarkən professor Adil Qeybulla deyib.

 

O düşünür ki, alternativ üsullardan istifadə edilməlidir: “Abşeron yarımadasında 60 faiz yoluxma var. Bu göstəricinin 70 faiz olması kifayətdir ki, kollektiv immunitet yaransın.  Həm də bir müddətlik sərtləşmədən sonra yenidən yumşalma tətbiq olunacaqsa, karantinin heç bir əhəmiyyəti olmayacaq.  Üstəgəl, insanlar karantin qaydalarına əməl etmirlər. Ona görə də evdə müalicə sistemi təşkil edilməlidir. Həmçinin tibbi personalın maaş standartları müəyyənləşməlidir. Yəni sistematik, kompleks addımların atılması şərtdir”.Sherg.az

Tarix: 23 İyun 2020, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin